/

ALAMO 13

"İnsan öz ehtirasını biznesə çevirdiyi anda fərqli həyat yaşayır. Bu işdə ovçuluq, qumar, adrenalin, dəyər və miras gizlədilib. Bu işdə əbədi yaşamaq şansı var. Qəhrəmanımın real həyat hekayəsinin mənə verdiyi ilhamla neçə-neçə əsər yazacağımı bilirdim. Onunla söhbətlərim məni ayıltmışdı. Anlamışdım ki, bir işdə təşəbbüskar olmağı istəməklə təşəbbüskar olmaq arasında böyük fərq var…"

Şəxsi inkişaf üçün əvəzsiz əhəmiyyəti olan “Kvan” kitabının müəllifindən hər kəsin arzusuna, iradəsinə və məqsədinə mayak olacaq “Alamo 13” əsəri. Həyat gözləyənləri yox, hərəkət edənləri sevir.“Alamo 13” hər kəsi öz məqsədi üçün ilk addımı atmağa ruhlandıracaq. Bu əsər kimlər üçünsə ilk addımın özü olacaq. Məqsədini bu əsərdə tapanlar da az olmayacaq. Bu əsər hər kəsin sığındığı qaladır. Təslim olanda belə udmağı bacaranların, uduzanda belə qalib olanların qalasıdır.

Sifariş et
Kitabın 3 fəslini pulsuz yüklə

ALAMO 13 kitabının 3 fəslini pulsuz yükləyin

"Həyat gözləyənləri sevmir. Hərəkət edənləri sevir."

Müəllif haqqında

/
Coşqun Kərimov KVANUBUNTU
kitablarının müəllifidir.

Hər iki əsəri oxucuların ön sifarişləri əsasında çap edilmişdir.

Qafqaz Universitetinin məzunudur. İxtisasca İngilis dili və Ədəbiyyat üzrə Filoloq və Pedaqoqdur.

2007-ci ildə beynəlxalq EastChance Esse Yarışmasına "Leonardo Da Vinci" adlı esseni göndərərək Avropa regionu üzrə birinci olmuşdur.

2011 - ci ildən bugünə kimi 5000 dən çox insana Natiqlik, Təqdimat Bacarıqları, Müştəri Yönümlü Xidmət və Daxili Motivasiya ilə bağlı seminarlar və təlimlər keçirmişdir.

4 ildir ki, beynəlxalq startup yarışmalarına qatılan təşəbbüskar komandalara təqdimatların verilməsiylə bağlı mentorluq edir.

Yeni Fikir 2016 Startup Müsabiqəsinin və Seedstars Baku Regional Müsabiqəsinin qalibidir. Kvotter və GR8 kimi sosial platformaların həm-təsisçisidir.

Azercell Akademiyasının, Bakı Şəhər Halqasının (F1 yarışları) Akademiyasının təlimçi üzvü olmuşdur.

İngilis dilində tərtib edilmiş 24 dərslik GPS Şəxsi İnkişaf və Ünsiyyət Proqramının müəlliflərindən biridir.

Kitabın 3 fəslini pulsuz yüklə Yüklə

Oxucuların fikirləri


/
Nərmin Nöqtə

"Şəxsən mənim təkrar-təkrar oxuduğum kitabın 5-ci fəsli oldu. Bu fəsildə özümü çox sorğu-sual etdim. Məncə oxucular da bu fəsildə çox dayanacaqlar."

/
Məcid Məmmədov

Kitab qüsursuz yazılıb. Bir nəfəsə oxunur. Getdikcə oxucunu daha da maraqlandırır və düşünməyə vadar edir. Davamını oxumaq üçün səbrsizliklə gözləyirəm.

/
Fatma Qurbanova

Məncə bu kitab öz fərqliliyi ilə Kvan və Ubuntunu geridə qoyacaq.Yuxudakı hekayələr və insanlar diqqətimi çox çəkdiyi üçün onları daha ətraflı araşdırmağa və nəticədə çox şey öyrənməyə nail oldum. Müəllifin kitablarının ən sevdiyim tərəfi mütləq bizlərə nələrsə öyrətməsidir.


"ALAMO 13" sifariş et

/
13 azn

Pulsuz çatdırılma